#1 Həyatınızı və işinizi sevin! Həyatınızdan zövq almağı bacarın və hər çətinlikdən bir çıxış yolu olduğunu unutmayın. Hər qarşınıza çıxan fürsəti dəyərləndirin və keyfiyyətli yaşayış üçün işin vacibliyini anlayın.

#2 Pozitiv olun! Düşdüyünüz çətinliklərdən və uğursuzluqdan nəticə çıxarın, bunların Sizin üçün daha da uğurlu ola biləcəyinizi göstərən sınaq kimi dəyərləndirin. 

#3 Uyğun bir zamanda tətilə çıxın və ailənizlə xoş zaman keçirin. Özünüzü mükafatlandırın, ən xoşladığınız işlə məşğul olun.

#4 Vaxtınızı düzgün idarə edin! Etməli olduğunuz işləri vacibliyinə görə zaman ardıcıllığı ilə həyata keçirin. 

#5 Məqsədinizi və planlarınızı müəyyən edin! Nələrə nail olmaq istədiyinizi bilmək Sizə işinizi və şəxsi həyatınızı düzgün tənzimləməyə çox kömək edəcək.