MÜASİR İŞ TENDENSİYALARI 

Stajorların işə qəbulu

Beynəlxalq aləmdə böyük şirkətlər stajorların işə qəbuluna üstünlük verirlər. Facebook, Linkedin kimi şirkətlər hər il uğurlu tələbələrin işə cəlb olunması üçün böyük miqdarda maliyyə vəsaiti ayırırlar. Bunu 2 səbəbdən edirlər: birincisi ən istedadlı tələbələr üçün mübarizə apararaq öz brendlərini daha da tanıtmağa və möhkəmləndirməyə nail olmaq, ikincisi isə işdə çatışmayan bilik  və bacarıqlarda olan boşluqları doldurmaq istəyirlər.

Outsorsinq xidmətindən istifadə

Müasir biznesdə autsorsinq iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrinin başında dayanır. Müasir iş standartları ilə işləyən şirkətlər müəyyən işlərini digər xidmət şirkətlərinə həvalə etməklə back ofis işlərinə vaxt ayırmırlar və zamanlarını şirkət üçün daha faydalı olacaq işlərin planlaşdırmasına sərf edirlər, həmçinin şirkət büdcəsinə də qənaət etmiş olurlar. Bununlada onlar öz fəaliyyətlərini daha məhsuldar və uğurlu bir şəkildə davam etdirirlər.

Gənc nəsilin rəhbər vəzifələrə təyin olunması

Müasir tələblərə cavab verən gənc kadr potensialından səmərəli istifadə edilməsi işin təkminləşdirilməsinə böyük təkan verir. Son zamanın araşdırmalarına əsasən gənc və təcrübəli kadrların rəhbər vəzifələrə təyin olunması bir trend halına gəlmişdir. Ernst & Young  şirkəti öz işçi heyətini araşdırarkən müəyyən edib ki,  59% menecer, 18% isə top menecer vəzifələrini gənc nəsil təşkil edir. CareerBuilder şirkətinin araşdırmalarına əsasən isə  dünyada rəhbər vəzifələr üzrə işçi qüvvəsinin 38% - i gənclər təşkil edir.

Davamlı iş axtarışı

Insanlar daimi olaraq yeni iş, yeni imkanlar axtarışındadırlar və bu heç vaxt öz həllini tapmır. Müasir texnologiya insanlara yeni iş tapmaqda çox kömək edir. Araşdırmalara görə dünya işçi bazarında insanların 86% - i mövcud peşələri xaricində başqa yeni iş yerləri axtarırlar. Bu vəziyyətdə şirkətlərin işçilərin işə bağlılığını artırmaq üçün maddi motivasiyadan əlavə edə biləcəkləri addım daha sağlam və mədəni iş mühüti yaratmaq, şəffaf qərarlar qəbul etmək və işçilərin vəzifələrinin artırılmasına dəstək olmaq ola bilər.

Mobile işə qəbul və mobile iş axtarışı

Müasir texnologiyanın təsiri İR sahəsindən də yan keçmir. Belə ki, son dövürlərdə şirkətlər özlərinin mobile işçi müraciəti sistemlərini yaradırlar. İş axtaranlar isə bu sistemlərdə qeydiyyatdan keçir və bütün məlumatları mobile vasitəsi ilə alırlar. Bu həm iş axtaranlar, həm də işəgötürənlər üçün çox effektivdir.

Sosial mediadan geniş istifadə

Hər gün müxtəlif şirkətlərə aid elanlar, reklamlar, müxtəlif blok yazıları görürük. Araşdırmalar onu gostərir ki, bu şirkətlərə tanınmağa, özlərinin brendini formalaşdırmağa çox kömək edir və bununla da onlar potensial işçiləri özlərinə asanlıqla cəlb edirlər. Həmçinin insanlarda da şirkətlər, onların məhsulu, xidməti, iş mədəniyyəti haqqında təsəvvür yaratmağa yardımçı olur.

Qadınlar şirkətlərdə yüksək vəzifələrə təyini

Son araşdırmalara əsasən dunyada uğurlu şirkətlərin işçi qüvvəsinin 37%-i qadınlar təşkil edir. Qadınlar ailə həyatında öncə uğurlu karyera qurmağa istiqamətlənirlər. Bu isə qeyd olunan faizin yaxın gələcəkdə artmasını istisna etmir.

Freelancer-lərin sayı zamanla çoxalır

Bir çox şirkətlər daha çox  müvəqqəti işçilərə, məsləhətçilərə, freelancerlərə üstünlük verir. Çünki bu həm ucuz başa gəlir, həm də əlavə bonuslar vermirlər. Həmçinin insanlar daha çox sərbəst işləməyə üstünlük verirlər. 

 

Mənbə: http://www.forbes.com/sites/danschawbel/2014/10/29/the-top-10-workplace-trends-for-2015/#74839bee654b