www.smartstaff.az onlayn iş elanı portalı ixtisaslı və təcrübəli işçi qüvvəsindən ibarət hədəf kütləyə nail olmağın ən yaxşı yoludur.Bu web portalda iş elanı yerləşdirməklə siz 60.000-dən çox istedadlı namizəd auditoriyasına çıxış imkanı əldə edəcəksiniz.

Biz yalnız müvafiq ixtisaslı iş elanları yerləşdiririk və bunlar bizim standart tələblərə cavab verməlidir:

- Bir elanın yerləşdirilməsi xidməti bir ay üçün 30 AZN - dir (+18% ƏDV). Vakansiyalar ancaq smartstaff.az saytında deyil, Linked İN və Facebook səhifəsində də yerləşdirilir və bizim bazada olan iş axtaran namizədlərə də bu barədə məlumat göndərilir; 
- Vakansiyalar Azərbaycan, Rus və ya İngilis dillərində yerləşdirilir;
- İş elanı şirkət haqqında məlumatı, şirkətin web saytı, işin təsviri, öhtəlikləri kimi məlumatları əhatə etməlidir;
- İş elanında cins, yaş, irq və siyasi fəaliyyətə aid tələblərin yerləşdirilməsi bizim standart tələblərə ziddir;
- İş elanları Azərbaycan Əmək Qanunvericiliyinin tələblərinə uyğun olmalıdır;

Qeyd: İxtisassız və anonim elanlar qəbul olunmur.Fəaliyyəti qeyri-rəsmi olan və şəbəkə marketinqi ilə məşğul olan şirkətlərin elanları yerləşdirilmir.

www.smartstaff.az iş portalında elan yerləşdirmək üçün elanda əks olunan məlumatlar qeyd edilən standart tələblərə cavab verməlidir və şirkət haqqında məlumatla birlikdə info@smartstaff.az email ünvanına göndərə bilərsiniz.

smartstaff.az - is a smart way to get hired!

www.smartstaff.az Smart Resources Group şirkətinin məhsuludur.