Biz yüksək standarta cavab verən işədüzəltmə xidməti göstəririk və hər bir namizədə və şirkətə individual olaraq yanaşırıq. Bizim çox geniş potensial namizəd bazasına malik səmərəli və məsuliyyətli  işədüzəltmə prosesimiz var. Biz müştərimizi ancaq onun tələbinə uyğun namizəd siyahısı ilə təmin edirik və həmçinin namizədləri onlara maraqlı olan işlə təmin edirik. Sifariş alındığı zamandan namizədin işə başlamasına və sınaq müddətini bitirməsinə qədər olan bütün proseslər nəzarətdə saxlanılır və nəticə barədə şirkət və namizədlər daimi olaraq məlumatlandırılır. Əsas prioritetimiz şirkət və namizəd arasında uzun müddətli və effektiv işgüzar əlaqələrin qurulmasıdır.

SRG-nin işə qəbul prosesində əsas şərti Qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxslərə bir qayda olaraq iş təklif olunmur.

Bizim xidmətlərə daxildir:

Baza axtarışı və iş elanı yerləşdirmə

Biz ilk olaraq işə düzəltmə prosesində uğurlu namizəd tapmaq üçün biznes və texnologiya sahəsinə aid mütəxəssislərdən ibarət çox geniş baza yaratmışıq. Həmçinin fəal namizədləri cəlb etmək üçün www.smartstaff.az saytında lazımi vəzifə üzrə iş elanı yerləşdiririk.

Şəbəkə və axtarış

Biz yalnız bazarda mövcud fəal iş axtaran namizədləri tapmırıq, həmçinin müxtəlif axtarış üsulları ilə çox uyğun ola biləcək passiv namizədləri də cəlb edirik. Biz bunu headhunting və Linkedin kimi sosial şəbəkələr vasitəsi ilə edirik.

Online və mətbuat kampaniyaları 

Biz həmçinin işəqəbul kompanyalarının yaradılması və idarə edilməsi üzrə ixtisaslaşmışıq. Bu kompanyalara iş elanlarının müvafiq yerlədə çap üsulu ilə reklamı, online reklamı misal göstərə bilərik.

Namizəd seçimi

Biz sizə ancaq sizin tələbinizə uyğun namizəd siyahısı ilə təmin edirik. Həmçinin biz mənbə startegiyası, müsahibə üsulları, bazar araşdırması, əmək qanunvericiliyi üzrə ekspert məsləhəti təklif edirik.

Xidmət haqqı

Xidmətin növündən aslı olaraq sizə ən uyğun qiymət təklif edirik.