Müasir biznesdə autsorsinq ən dinamik inkişaf edən sahələrdən biridir. SRG-nin müştərilərinə təklif etdiyi digər xidmət növü kadr xidmətləri autsorsinqidir.  Autsorsinqin bu sahəsi şirkətlərə vaxtının çoxsunu iş effektivliyinin artırılmasına sərf etməyə və kadrlarla bağlı digər məsələləri isə bu işlər üzrə peşəkarlara etibar etməyə imkan verir. SRG işəgötürən qismində şirkətlərə bütün İR xidmətləri göstərilməsini öz üzərinə götürür. İşçinin işə qəbulu zamanı lazımi bütün sənədləşmə, əmək haqqı, sığorta, DSMF, məzuniyyət və digər İR-a aid bütün məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən həyata keçirilir.

SRG həmçinin şirkətlərə tam autsorsinq xidməti təklif edir – işədüzəltmə və işəgötürmə, yəni lazımi vakant yerlərininin peşəkar namizədlərlə tutulmasına və işçinin işəgötürülməsinə aid yuxarıda sadalanan bütün xidmətlər.