Geniş rəqabət bazarında SRG-nin əsas iş prinsipi düzgünlük, obyektivlik və yüksək keyfiyyət siyasəti əsasında hər bir müştərisinə yüksək səviyyədə xidmət göstərməkdir. Bu sahədə nüfuza sahib olmağımız məhz bu keyfiyyət siyasətinə riayət etməyimizdən irəli gəlmişdir.

Bizim əsas iş prinsiplərimiz aşağıdakılardır:

Müştərilərə vaxtında xidmət edilməsi

SRG keyfiyyət siyasətinin əsas aspekti müştərilərlə iş zamanı xidmətin müəyyən olunmuş zamanda çatdırılmasıdır. Biz başa düşürük ki, hər hansı gecikmə müştəri şirkətimizin layihəsini ləngiməsinə səbəb ola bilər və buna görə də vaxtın düzgün idarə olunması siyasəti SRG-nin əsas keyfiyyət prioritetidir. Bizim heyət üzüvləri müştərilərin məmnunluğu üçün onlardan gələn sorğuları vaxtında cavablandırır.

 

Beynəlxalq standartlar əsasında fəaliyyət göstərmək

Smart Resources Group beynəlxalq standartlara uyğun xidmətlər təklif edir. Şirkətdaxili iş qaydaları qabaqcıl dünya təcrübəsi və beynəlxalq biznes standartlarından istifadə edərək hazırlanır. Şirkətimizin hər bir əməkdaşı həmin təlimat və yazılı prosedurlara uyğun xidmət göstərir.

 

Komanda şəkilində çalışmaq

Smart Resources Group güclü komanda işini və onun işçi heyətinin əməkdaşlığını şirkətin uğur və yüksək performansı üçün əsas meyarlardan biri hesab edir. SRG hər bir əməkdaşına bir birlərinə bilik və bacarıqlarının paylaşımı imkanını yaradır. “Bir komanda şəklində çalışmaq şirkətin fəaliyyətinin daha məhsuldar olmasına imkan yaradır” prinsipi bizim keyfiyyət siyasətimizin əsas aspektlərindən biridir.

  

Qanuni və normativ tələblərə uyğun çalışmaq

Smart Resources Group Azərbaycan Respublikasının qanuni və normativ tələblərinə uyğun fəaliyyət göstərir. Əməkdaşlarımız Azərbaycan Respublikasının Qanunvericiliyində olan dəyişilikləri daima izləyir və olanlara düzgün əməl olunmasını təmin edir. Əməkdaşların hüquqlarının qorunması , şəffaflıq və bərabər imkanların paylaşımı SRG- nin ən önəmli keyfiyyət siyasətinin bir hissəsidir.