Bizim üçün Korporativ Sosial Fəaliyyət (KSF) cəmiyyətə İR üzrə təcrübə və bu sahəyə aid dünya standartlarını təqdim etmək üçün bir imkandır. Bununla yanaşı biz anlayırıq ki, KSF bizə Azərbaycanda mövcud sahədə bazarı yaxşı tanımağa və bizim də fəaliyyətimizin daha uğurlu və məhsuldar olmasına təkan verir.

SRG mütəmadi olaraq "HR Networking Breakfast" tədbirlərini təşkil edir. Tədbirin məqsədi İnsan Resurslarının İdarəedilməsi ilə məşğul olan hər kəs üçün unikal öyrənmə və həmkarlarla təcrübə mübadiləsi etmə imkanı yaratmaqdır. Burada Siz fikirlərinizi ifadə edərək Sizi maraqlandıran suallara cavab tapa, eyni zamanda bu sahəyə aid yeniliklərdən xəbərdar ola bilərsiz. Biz İR mütəxəssislərini bir araya toplayaraq faydalı təcrübə mübadiləsi, müzakirələr və debatlar stimullaşdırmağı hədəfləyirik. Məruzəçilərimiz 2012 – 2013-cü illərin səmərəli İR strategiyalarını təqdim edəcək, işə qəbul sahəsindəki yeni istiqamətlər və Insan Resurslarının İdarəedilməsinə təsir edən qanunvericilikdəki dəyişikliklər haqqında danışacaqlar. Tədbir iştirakçıları Azərbaycanda İnsan Resurslarının İdarəedilməsində ən yaxşı təcrübələrə və inkişafa eləcə də təşkilatda İR peşəkarlarının roluna təsir edən əsas məsələlərə dair məsləhət ala biləcəklər. Tədbir ayda bir dəfə keçiriləcək və hər bir iştirakçının vaxtında işə geri dönə bilməsi üçün erkən başa çatacaqdır. Tədbir çay/qəhvə dəsgahı arxasında həmfikirlər ilə ünsiyyət qurmaq üçün əvəzolunmaz fürsətdir.

SRG Korporativ Sosial Fəaliyyət çərçivəsində tələbələrin şəxsi və peşəkar inkişafına kömək etmək məqsədilə sosial səmərə yönümlü “Uğurlu Karyeranın Sirrləri” mövzusunda daha yeni bir layihəsini təqdim edir. Layihə tələbələrin, təhsilini yeni başa vuran və  iş üçün müraciət edən gənclərin praktik biliklərinin artırılması məqsədilə müvəffəqiyyətli karyeraya sahib olmaq və uğur əldə etmək yolunda nələrə diqqət etməli, hansı prinsiplərə söykənməli olduqlarına dair bilikləri aşılamaqla qlobal əmək bazarında faydalı iş əmsalını artırmaq məsələlərini əhatə edir. Professional CV hazırlanması qaydaları, iş yerlərinə müraciətin edilməsi, müsahibəyə necə hazırlaşmaq, özündə necə inam yaratmaq, ideyalarını necə gerçəkləşdirmək istiqamətində hansı addımları atmaq gərəkdiyi, uğurlu karyera naminə bacarıqların necə düzgün metodlarla təbliğ edilməsi seminarın əsas mövzularıdır.

Ətraflı məlumat üçün bu linkə baxa bilərsiniz: http://smartskills.az/training/v177.html