1. “Sizdə aktiv vakansiyalar var?”
Bütün aktiv vakansiyaları www.smartstaff.az saytında yerləşdiririk. Əgər elan Smart Resources Group tərəfindən yerləşdirilibsə, deməli biz başqa müştəri şirkətimiz üçün işçi axtarırırq, yox əgər başqa şirkətin adından yerləşdirilibsə, deməli həmin şirkət özü edir işçi axtarışını. Hər iki halda Siz öz CV-nizi elanın sonunda göstərilən xüsusi forma vasitəsi ilə göndərə bilərsiniz.

 2. " Siz mənim CV-mi başqa şirkətə göndərə bilərsiniz?"
 Əgər elan başqa şirkətin adından yerləşdirilibsə, Siz özunüz CV-nizi elanın sonunda göstərilən xüsusi forma vasitəsi ilə birbaşa olaraq həmin şirkətin özünə göndərməlisiniz.

3. “Siz mənə CV hazırlaya bilərsiniz?”
Bizdə belə xidmət mövcud deyildir.

4. “Mən Sizə CV-i necə gətirə bilərəm?”
Bütün CV-lər bazamızda elektron formada saxlanılır. Bizim şirkətə müraciət etmək istəyirsinizsə CV-nizi email vasitəsi ilə göndərməyiniz kifayətdir.

5. “Hansı email ünvana göndərə bilərəm CV-mi?”
Siz CV-nizi mövzu yerində maraqlandığınız işin adını qeyd edərək info@smartstaff.az və ya info@srg.az elektron ünvanlarına göndərə bilərsiniz.

6. “CV-mi qəbul etdiyiniz barədə necə məlumat ala bilərəm?”
Sizin elektron ünvanınıza CV-nizin qəbul olunması barədə məktub gələcək.

7. “Mənim CV-mi aldıqdan sonra növbəti addım nə olacaq?”
CV-niz bazada saxlanılır və Sizə uyğun vakansiya olduqda Sizinlə əlaqə yaradılıb məlumat verilir.

8. "Mən CV-mi Sizə göndərim və Siz mənə uyğun vakansiya axtara bilərsiz?"
Biz namizəd üçün iş axtarmırıq, biz bizə müraciət edən şikətlər üçün işçi yığımı edirik. Əgər bizdə Sizin təcrübənizə uyğun vakansiya olarsa Sizinlə əlaqə yaradıb məlumat veririk. Təəssüf ki, bunun nə qədər vaxt aparacağını deyə bilmərik.

9. "Mən müsahibə üçün ofisinizə gəlməliyəm?"
Buna ehtiyac yoxdur. Ancaq Sizin təcrübənizə uyğun vakansiya olduqda biz Sizi müsahibəyə dəvət edirik.

10. “İşə düzəlməyim üçün Sizə nə qədər pul ödəməliyəm?”
Siz bizim şirkətə heç bir məbləğ ödəmirsiniz. İşə düzəldikdən sonra da alacağınız əmək haqqından heç bir məbləğ tutulmur. İşçi axtarışı üzrə xidmət haqqını bizə şirkət ödəyir.